Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar karyerasını MLS-də davam etdirə bilər. Matc.az xəbər verir ki, "Çikaqo Fayr" braziliyalı hücumçu ilə danışıq aparır.

Çikaqo klubunun rəhbərliyi Neymarın atası və məsləhətçisi Pini Zahavi ilə görüşüblər. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.

Qeyd edək ki, “sambaçı” 2024-cü ildə zədə səbəbindən “Əl-Hilal”da cəmi iki oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest