90 dəqiqədə qapılara qol vurulmayıb.

Yığmamızın futbolçusu Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” klubu qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib. Matc.az xəbər verir ki, Ekstraklasa təmsilçisi Polşanın I liqa klubu "Zniç"lə üz-üzə gəlib.

Matçda qalib müəyyənləşməyib. Belə ki, 90 dəqiqədə qapılara qol vurulmayıb.

Start heyətində yer almayan Rahil ikinci hissədə meydana buraxılıb.

Qeyd edək ki, Məmmədovun komandası Polşa çempionatında 18 turdan sonra 20 xal toplayıb və turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest