16 Yanvar 2025, 15:27
FUTBOL
Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri həmyerlisi Kilian Mbappe haqda danışıb. Matc.az xəbər verir ki, o, Kiliana mərkəz hücumçusu kimi oynamağı öyrənmək üçün vaxt lazım olduğunu bildirib.
Anri Mbappenin “Real”da tədricən oyununu yaxşılaşdırdığını qeyd edib: “Bunadək hamı onun robot olduğunu fikirləşirdi. Ancaq Mbappe maşın deyil, insandı. Onun da hissləri var. O da yeni klubuna uyğunlaşmaq üçün zamana ehtiyac duyurdu”.
Qeyd edək ki, Mbappe “Real”a ötən yay PSJ-dən keçib.