Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu Türkiyə birinci liqasının iki ən bahalı futbolçusundan biri statusuna yiyələnib.

Liqanın oyunçu transfer dəyərlərinin bu ay yenilənməsindən sonra “Ankaragücü”nün forvardı 100 min avro dəyər itirib və hazırda 1, 6 milyon avro dəyərində qiymətləndirilir. Bu göstərici ilə Renat klubunun da ən bahalı futbolçusudu.

O, hazırda çıxış etdiyi liqada “Fatih Karagümrük”ün üzvü Uesli Moraes ilə liderliyi paylaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest