Türkiyənin "Qalatasaray" komandasının futbolçusu Barış Alper Yılmazı satacağı qiymət məlum olub.

Matc.az xəbər verir ki, İstanbul klubu aparıcı oyunçusunu üçün İngiltərə və İtaliyadan 30 milyon avrodan aşağı gələn təkliflərə rədd cavabı verəcək.

İtaliya təmsilçisi "Latsio" 24 yaşlı vinger üçün İstanbul nəhənginə 20 milyon avro verməyə hazırdır.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm "Qalatasaray" forması ilə 27 matçda 11 qol vurub və bir məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest