16 Yanvar 2025, 19:00
FUTBOL
"Mançester Yunayted"in vingeri Markus Reşford qış transferində "Barselona"nın prioritet hədəfi olaraq qalır, lakin klub hazırda maliyyə feyr-pley qaydalarına görə oyunçu ilə müqavilə imzalaya bilmir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
Bildirilir ki, Kataloniya klubu Reşfordu transfer etmək üçün maaş limitini dəqiqləşdirməli olacaq. "Barselona" Reşfordla eyni mövqedə çıxış edən Ansu Fati üçün klubdan ayrılma variantını nəzərdən keçirdiyi vurğulanır.
Qeyd edək ki, ingilis futbolçunun özü də "Barselona"ya keçməkdə maraqlıdır.