"Bavariya" sol cinah müdafiəçisi Alfonso Devis ilə müqaviləni yeniləyə bilməyib. Çünki kanadalı futbolçunun agenti danışıqların son mərhələsində tərəflərin əvvəl anlaşdığı 14-15 milyon avro masala razılaşmayıb.

Matc.az xəbər verir ki, bu barədə Almaniyanın Sky Sport nəşri məlumat yayıb.

Bildirilir ki, razılaşdırılmış 14-15 milyon avro maaşa əlavə olaraq, Münhen klubu sonradan Devis üçün cari mövsümün ilk hissəsində uğurlu çıxışına görə mükafatları daha da yaxşılaşdırıb.

Kanadalı futbolçunun agentinin isə 20 milyon avrodan çox maaşdan əlavə, yeni müqavilə imzaladığı üçün xeyli bonus tələb etdiyi vurğulanır. Bu variant "Bavariya" rəhbərliyini qane etməyib. Eyni zamanda, Devislə maraqlanan Madrid "Real"ı isə əksinə, təklifini yaxşılaşdırıb.

Qeyd edək ki, futbolçunun "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest