17 Yanvar 2025, 10:33
FUTBOL
İtaliyalı məşqçi Massimiliano Alleqrinin yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, "Yuventus"un və "Milan"ın sabiq çalışdırıcısı fəaliyyətini Səudiyyə Ərəbistanında davam etdirəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 57 yaşlı məşqçi "Əl-Əhli" ilə anlaşıb. Razılaşmaya əsasən, Alleqri 2025-ci ilin iyunundan komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Alleqri 2024-cü ilin may ayından heç yerdə işləmir.