17 Yanvar 2025, 11:28
FUTBOL
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Ankaragücü” klubundan ayrıla bilər. Matc.az xəbər verir ki, bu barədə Türkiyənin "Viralspor" nəşri məlumat yayıb.
Bildirilir ki, ankaralılar klubla müqaviləsi davam edən 8 legionerdən ən azı üçü ilə əməkdaşlığa son qoymağı qərara alıb. Onların sırasında Renatın da olduğu qeyd edilib.
Dadaşovun klubdakı taleyi bu günI Liqada "Şanlıurfaspor"la baş tutacaq görüşdən asılıdı. Məhz bu oyundan sonra Renatla bağlı qəti qərarın veriləcəyi gözlənilir.
Qeyd edək ki, Renat Dadaşov 2024-cü ilin yayından "Ankaragücü"nün uğurları üçün çalışır.