Baş məşqçi postuna axtarışları davam etdirən "Beşiktaş" klubu əcnəbi mütəxəssislə anlaşa bilər. Matc.az xəbər verir ki, Niko Kovaçla razılığa gələ bilməyən İstanbul təmsilçisi indi də diqqəti Roberto Mançiniyə yönəldib.

Artıq tərəflər arasında görüşün olduğu bildirilib. Mançininin “Beşiktaş” rəhbərliyinə müsbət cavab verdiyi qeyd edilib.

Mançini türkiyəli futbolsevərlər üçün yad sima deyil. Belə ki, italiyalı mütəxəssis daha öncə "Qalatasaray"ı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest