Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinin iştirakçıları müəyyənləşib. Matc.az xəbər verir ki, 13-cü turun matçlarından sonra ilk “səkkizlik” bəlli olub. "Birbaşa Bakı" 37 xalla müntəzəm mövsümü ilk pillədə yekunlaşdırıb. "Zirə" 34 xalla 2-ci, "Aznur" 32 xalla 3-cü olub.

Minifutbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinin iştirakçıları müəyyənləşib. Matc.az xəbər verir ki, 13-cü turun matçlarından sonra ilk “səkkizlik” bəlli olub.

"Birbaşa Bakı" 37 xalla müntəzəm mövsümü ilk pillədə yekunlaşdırıb. "Zirə" 34 xalla 2-ci, "Aznur" 32 xalla 3-cü olub.

14 komandanın iştirak etdiyi çempionatda növbəti sıralarda isə "Sumqayıt", "Galaxy", "Göyçə", "Star Bakı" və "Laçın" komandaları yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest