"Mançester Siti" rəhbərliyi komandanın aparıcı oyunçularından olan Erlinq Haaland ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə "The Atletic" nəşri məlumat yayıb. Bildirilib ki, İngiltərə klubu ilə norveçli hücumçu arasında yeni sözləşmənin müddəti 2034-cü ilin yayına qədərdi.
"Mançester Siti" rəhbərliyi komandanın aparıcı oyunçularından olan Erlinq Haaland ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə "The Atletic" nəşri məlumat yayıb.
Bildirilib ki, İngiltərə klubu ilə norveçli hücumçu arasında yeni sözləşmənin müddəti 2034-cü ilin yayına qədərdi. Bu isə o deməkdi ki, 24 yaşlı forvard bundan sonra daha 9,5 il “şəhərlilər”in uğurları üçün tər tökəcək.
Haalandın maaşı klubda ən yüksək maaş olacaq.
Qeyd edək ki, “Mançester Siti”nin “qol maşını” cari mövsümdə ümumilikdə 28 oyunda 21 dəfə fərqlənib.