Almaniya çempionatında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, "Bayer"in yarımmüdafiəçisi Florian Virtz bu ada layiq görülüb.

İstedadlı futbolçu dekabrda Bundesliqada 3 görüşdə meydana çıxıb. O, bu oyunlarda ümumilikdə 3 qol və 3 assistə imza atıb.

Qeyd edək ki, Virtz səsvermədə “Bavariya”dan Coşua Kimmix və Camal Musiala,”Verder”dən Miçel Vayzer, “Ştutqart”dan Nik Voltemade və “Maynts”dan Pol Nebeli qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest