17 Yanvar 2025, 13:31
FUTBOL
“Bavariya”nın futbolçusu Tomas Müller rəhbərliyi yeni müqavilə təklifini hələ də cavablandırmayıb. Matc.az xəbər verir ki, buna səbəb 35 yaşlı hücumçunun karyerasını bitirmək istəməsidi.
Müller bu istəyini rəhbərliyə çatdırıb. Onun klubla hazırkı müqaviləsinin müddəti bu ilin yayına qədərdi. Tomas karyerası ilə bağlı yekun qərarını apreldə verəcək. Bununla belə, o, mövsümün sonunda butslarını mismardan asmaq ehtimalının çox olduğunu bildirib.
Qeyd edək ki, Tomas Müller cari mövsümdə “Bavariya”nın heyətində 24 oyuna çıxıb və 4 qol, 4 assistlə yadda qalıb.