17 Yanvar 2025, 15:16
FUTBOL
“Sabah” qapıçı transferinə hazırlaşır. Matc.az xəbər verir ki, Masazır təmsilçisi Qazaxıstan millisinin və “Tobol”un qolkiperi Stas Pokatilovu icarəyə götürmək istəyir.
Hazırda tərəflər arasında danışıqlar aparılır. 32 yaşlı qolkiperin icarə müddətinin bu mövsümün sonuna qədər davam edəcəyi gözlənilir.
Təcrübəli qolkiper “Akjayik”, “Şaxtyor”(Karaqanda), “Aktobe”, “Rostov”, “Kayrat” klublarında oynadıqdan sonra 2024-cü il yanvarın 1-də “Tobol”la anlaşmışdı. Sportal.az