"Arsenal"ın həkimləri Almaniyanın hücumameyilli yarımmüdafiəçisi Kay Havetsin mövsümün qalan hissəsində yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, futbolçu məşq zamanı aldığı zədə səbəbindən tezliklə əməliyyat olunacaq.

Qeyd edək ki, Haverts bu mövsüm 21 matçda 9 qol vuraraq "topçular"ın Premyer Liqada bombardiridir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest