"Rea"ın cinah oyunçusu Vinisius Junior agentləri vasitəsilə yeni müqaviləyə əsasən qazanmaq istədiyi məbləği klub rəhbərliyinə çatdırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

Bildirilir ki, braziliyalı futbolçu hazırda "Kral Klubu"nun rəhbərliyindən cavab gözləyir. "Real" ilkin olaraq qışda müqaviləni uzatmağı müzakirə etməyi planlaşdırmırdı, lakin Səudiyyə Ərəbistanından futbolçuya artan maraq səbəbindən bunu etməyə məcbur oldu.

Madrid klubunun rəhbərliyinin komandanın əsas ulduzları - Vinisius, Kilian Mbappe və Cud Bellinqhemin maaşları arasında balans saxlamaq istədiyi vurğulanır. Vinisius və Mbappe hazırda mövsümdə təxminən 15 milyon avro qazanırlar.

Qeyd edək ki, 24 yaşlı vingerin hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest