"Barselona"nın idman direktoru Deko klubun bu yay sol cinah və mərkəz müdafiəçisi mövqelərini gücləndirməsini istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri paylaşıb.

Bildirilir ki, hücumun sol cinahını gücləndirmək üçün bütün mümkün variantlardan Deko ən çox "Liverpul"un futbolçusu Luis Diazın namizədliyini bəyənir. Lakin portuqaliyalı mütəxəssis başa düşür ki, bu sövdələşmənin həyata keçirilməsi böyük xərclər tələb edəcək.

Kataloniya klubu "Bayer"in mərkəz müdafiəçisi Conatan Ta ilə də yaxından maraqlanır. Lakin "əczaçılar"la müqaviləsi yayda bitəcək alman futbolçu ilə razılığa gəlmək üçün, komandanın müdafiəçilərindən birini satmalı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest