UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Matc.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 qarşılaşma baş tutub.
"Kopenhagen" evdə “Haydenhaym”a uduzub. "Betis" səfərdə "Gent"ə qalib gəlib. "Panatinaikos" isə "Vikinqur"a məğlub olub.
Qeyd edək ki, pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.
Konfrans Liqası
Pley-off, ilk oyunlar
13 fevral
"Baçka Topola" (Serbiya) – "Yagelloniya" (Polşa) - 1:3
Qollar: Mbounqou, 28 // Balleste, 31, 89, Pululu, 81,
"Selye" (Sloveniya) – APOEL (Kipr) - 2:2
Qollar: Kuçyis, 2, 59 // Abaqna, 32, Layfis, 70
"Vikinqur" (İslaniya) – "Panatinaikos" (Yunanıstan) - 2:1
Qollar: Atlason, 13, Vilyalmsson, 56 // İoannidis, 90+1
"Molde" (Norveç) – "Şemrok Rovers" (İrlandiya) - 0:1
Qol: Noonan, 57
"Gent" (Belçika) – "Betis" (İspaniya) - 0:3
Qollar: Antoni, 47, Bakambu, 72, Altimira, 84
"Borats" (Bosniya) – "Olimpiya" (Sloveniya) - 1:0
Qol: Oqrinek, 90+1
"Omoniya" (Kipr) – "Pafos" (Kipr) - 1:1
Qollar: Semedo, 51 (pen) // Orsiç, 84
"Kopenhagen" (Danimarka) – "Haydenhaym" (Almaniya) – 1:2
Qol: Larsson, 45+1 // Keller, 59, Siersleben, 85