14 Fevral 2025, 11:43
FUTBOL
Fransa millisinin baş məşqçisi Didye Deşam yerinə layiqli namizədi açıqlayıb. Matc.az xəbər verir ki, o, sabiq komanda yoldaşı Zinəddin Zidanı bu postuna əsas namizəd göstərib.
Deşamın fikrincə, onun gedişindən sonra Zidan milliyə uğurla rəhbərlik edə bilər: “Bir-birimizə böyük hörmətimiz var. Axırıncı dəfə 2023-cü ilin yayında görüşmüşük. Gələn ilin yayında yenidən görüşməliyik. Zizu Fransa millisinin baş məşqçisi postuna əla namizəddi. Əlavə edərdim ki, bu təyinat gözləniləndi. Amma onun istəyi olub-olmadığını bilmirəm”.
Qeyd edək ki, Didye Deşam DÇ-2026-dan sonra millidən ayrılacağını açıqlayıb.