14 Fevral 2025, 12:35
FUTBOL
Avropada klubların yeni reytinq cədvəli müəyyənləşib. Matc.az xəbər verir ki, siyahıya 400 klub salınıb.
Azərbaycan reytinqdə 4 klubla təmsil olunub. Ən yaxşı göstəriciyə malik komandamız “Qarabağ”dır. Ağdamlılar 278 xalla Avropanın 64-cüsüdür. Qurban Qurbanovun yetirmələri 1 pillə pillə geriləyib.
Əvəzində “Neftçi” 3 addım irəliləyərək (19 xal) 254-cü yerdə qərarlaşıb. “Sabah” isə 2 komandanı özündən irəli buraxıb. Bakılılar 15 xalla 278-ci sıradadı. Siyahıdakı son komandamız olan “Zirə” “Sabah”dan 1 xal az toplayıb. Buna baxmayaraq, qəsəbə təmsilçisi 5 pilləlik irəliləyib və 286-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, klubların reytinqinə “Real” (2489 xal) başçılıq edir.