Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Çempionlar Liqasında evdə ən uzun müddət məğlub olmayan klubların siyahısını dərc edib. Matc.az xəbər verir ki, araşdırma 1955-ci ildən bəri keçirilən bütün oyunlara şamil edilib.

Ən uzun seriyaya malik komanda “Bavariya”dı. Almaniya klubu 1969-1991-ci illərdə 43 ev oyununda rəqiblərinə məğlub olmayıb. Münhenlilər həmin qarşılaşmaların 38-də qələbə qazanıb, 5-də heç-heçə edib.

İkinci pillədəki “Barselona”da məğlubiyyətsizlik seriyası 38 görüşdü. Kataloniyalılar 2013-2020-ci illərdə 34 qələbə, 4 bərabərliklə yadda qalıb. İlk “üçlüy”ü isə “Mançester Siti” qapayır. İngilislər 2018-ci ildən bəri 35 matçda uduzmamışdı. Lakin pley-off mərhələsində “Real”la oyunda “şəhərlilərin” seriyası qırılıb.

Qeyd edək ki, siyahıya ardıcıl 23 və daha çox ev matçında uduzmayan 14 komanda düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest