"Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır".
“Kəpəz” klubu bəyanat yayıb. Matc.az xəbər verir ki, Gəncə klubu yeni sponsor tapdığını dolayı yolla açıqlayıb.
Premyer Liqa komandası danışıqların artıq başa çatdığını vurğulayıb: “Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək. “Kəpəz”imiz üçün xeyirli-uğurlu olsun!”
Qeyd edək ki, “Kəpəz” hazırda 18 xalla Premyer Liqada 9-cu pillədə qərarlaşır.