14 Fevral 2025, 13:52
FUTBOL
“Yuventus”un sabiq futbolçusu Pol Poqbanın karyerasını yenidən İtaliyada davam etdirmək imkanı olub. Matc.az xəbər verir ki, “Fiorentina” fransalı yarımmüdafiəçi ilə maraqlanıb.
Hətta tərəflər arasında danışıqlar da aparılıb. Lakin florensiyalılar son anda Poqbanın sağlamlığı ilə bağlı narahatlıq keçirərək, onun xidmətindən imtina edib.
Qeyd edək ki, Pol Poqba qadağan olunmuş maddədən istifadə etdiyinə görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. Lakin İdman Arbitraj Məhkəməsi (CAS) cəzanı 18 aya endirmişdi.