“Sportinq”in hücumçusu Viktor Qyokereş “Mançester Yunayted”ə keçməkdə maraqlı deyil. Matc.az xəbər verir ki, Ruben Amorimin təyinatından sonra 26 yaşlı forvardın İngiltərə klubuna keçidi real görünmür.
O, Çempionlar Liqasında çıxış edən komandaya qoşulmaq arzusundadı. İsveçli daha cəlbedici təkliflər alacağına ümid edir. Qyokereşin müqaviləsində 100 milyon avroluq sərbəst qalma maddəsi var. Lakin Portuqaliya klubu onu 70 milyon avroya satmağa razıdı.
Həmçinin “qırmızı şeytanlar” da yaşı 27-yə çatan oyunçuya bu qədər pul xərcləmək fikrində deyil. Premyer Liqa klubunun strategiyası gənc futbolçulara sərmayə qoymaqdı.
Qeyd edək ki, Qyokereş bu mövsüm Portuqaliya çempionatında 20 oyun keçirib, 22 qol vurub, 3 məhsuldar ötürmə verib.