Komanda təlim-məşq toplanışına fevralın 15-də başlayacaq.
Qadınlardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasında Monteneqroya qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
Komanda təlim-məşq toplanışına fevralın 15-də başlayacaq. Milli fevralın 21-də "Liv Bona Dea Arena"da Monteneqronu qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.
Baş məşqçi Siyasət Əsgərov 24 futbolçuya dəvət göndərib: Günay İsmayılova, Manə Mollayeva, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Xanım Əsədova, Alina Nəhmədova (hamısı “Neftçi”), Nərgiz Əliyeva, Yeliz Acar, Esra Manya (hamısı “Fatih Vətən”, Türkiyə), Nazlıcan Parlak, Kristina Bakarandze (hər ikisi “Qalatasaray”, Türkiyə), Ayşən Əhmədova, Milana Rəhimova (hər ikisi “Ünyespor”, Türkiyə), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Rubin Kazan”, Rusiya), Firuzə Bayramova (“Dinamo Balakən”), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Kamilla Məmmədova (klubsuz), Jalə Məhsimova (“Amed Spor”, Türkiyə), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya), Aysun Muradova (“Gölbaşı Belediye Spor”, Türkiyə).