14 Fevral 2025, 15:07
FUTBOL
“Barselona”da ayrılıq baş verə bilər. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Andreas Kristensen klubu tərk edə bilər.
“Barsa” rəhbərliyi 28 yaşlı futbolçu üçün təklifləri qəbul etməyə hazırdı. Sərfəli təklif olacağı təqdirdə, La Liqa klubu Kristenseni satacaq.
Qeyd edək ki, Kristensen 2022-ci ildən “Barselona”nın formasını geyinir.