Türkiyənin I Liqasında çıxış edən “Çorum” klubunun fəxri prezidenti Muhsin Dərə açıqlama verib. Matc.az xəbər verir ki, o, komandanın azərbaycanlı futbolçusu Coşqun Diniyev haqda danışıb.

Dərə “Çorum”un heyətində debüt matçını “Yeni Malatyaspor”a qarşı keçirən və qazanılan 2:0 hesablı qələbəyə 2 qolla töhfə verən Diniyevi tərifləyib. “Çorum”un fəxri prezidenti Coşqunun onları heyran etdiyini dilə gətirib: “Əla oyun oldu. Yeni transfer Coşqun Diniyev hər birimizi heyran etdi. Hava şəraiti ilə əlaqədar bütün futbolçular üçün oynamaq çətin idi. Amma bu sınaqdan yaxşı çıxa bildilər. İnanıram ki, bu qalibiyyət növbəti qələbələrin xəbərçisi olacaq”.

Qeyd edək ki, “Çorum” hazırda turnir cədvəlində 5-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest