“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı gələcəyi ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu “şəhərlilər”lə yeni müqavilə imzalamayacaq.

Silvanın İngiltərə klubu ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ilin “Mançester Siti”nin uğurları üçün çalışan Bernardo İngiltərə çempionatının cari mövsümündə 23 oyunda 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest