14 Fevral 2025, 16:11
FUTBOL
"Fənərbağça"nın ulduz futbolçusu Edin Dzeko zədələnib. Matc.az xəbər verir ki, bosniyalı hücumçunun əlində sınıq aşkar edilib.
Dzekonun zədə alması Avropa Liqasının pley-off mərhələsində "Anderlext"i 3:0 hesabı ilə məğlub etdikləri görüşə təsadüf edib.
Buna baxmayaraq, həkimlər Dzekonun qarşıdakı matçlarda oynaya biləcəyini açıqlayıblar. Sadəcə, Edin xüsusi sarğıdan istifadə etməli olacaq.