"Bavariya" rəhbərliyi komandanın aparıcı futbolçularından olan Camal Musiala ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Musialanın sözləşməsinin müddəti 2030-cu ilin yayınadək uzadılıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu 2020-ci ildən “Bavariya”nın uğurları üçün çalışır. O, münhenlilərin heyətində buvaxtadək 193 oyunda 58 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest