14 Fevral 2025, 17:56
FUTBOL
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandasını dəyişmək fikrindən uzaqdı. Matc.az xəbər verir ki, niderlandlı futbolçu digər klublarından təklif alsa da, “Barsa”da qalmağı planlaşdırır.
De Yonq Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalamağa da hazırdı. O, rəhbərlikdən bununla bağlı təklif gələcəyi təqdirdə, danışıqlara açıq olduğunu bildirib. “Barselona” rəhbərliyi isə hələ bu barədə qəti qərar verməyib.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçinin “Barselona” ilə qüvvədə olan müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.