I Liqada 14-cü tur başa çatıb. Matc.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.

“Zaqatala” - “Difai” qarşılaşmasında qalib müəyyənləşməyib. Belə ki, görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

“Baku Sportinq” isə “Qaradağ Lökbatan” üzərində 3:2 hesablı qələbə qazanıb.

I Liqa

XIV tur

14 fevral

“Baku Sportinq” – “Qaradağ Lökbatan” - 3:2

Qollar: İlkin Əliyev, 50; Orxan Fərəcov, 52; İsa Zeynallı, 58 (pen.) - Bahadur Həziyev, 20; Araz Abdullayev, 90+4.

“Zaqatala” - “Difai” - 1:1

Qollar: Jan Pol Assumu, 45+1 - Fərid Kərimzadə, 90

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest