15 Fevral 2025, 02:35
FUTBOL
Vinisius Junior "real" ilə bağlayacağı yeni müqaviləyə görə 25 milyon avrodan çox qazanmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın idman radiosu "Cadena Ser" məlumat yayıb.
Bildirilir ki, bu günə kimi 24 yaşlı futbolçunun təmsilçiləri ilə Madrid klubu arasında iki görüş baş tutub. Onlardan birincisində "Real"ın təklif etdiyi şərtlər rədd edilib. İkincisində Vinisiusun nümayəndələri futbolçunun müqaviləni hansı şərtlərlə uzatmaq istədiyi barədə məlumat verib. Baş tutacaq üçüncü görüşdə tərəflər razılığa gəlmək üçün müxtəlif təklifləri qiymətləndirəcək və müzakirə edəcəklər.
Qeyd edək ki, Vinisiusun "Real" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.