"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim heyətin ixtisarı ilə bağlı klubun maliyyə problemlərini şərh edib.

Matc.az xəbər verir ki, Amorim problemin komandanın hazırlığına təsir etməli olmsdığını deyib.

"Bu problemlər klub üçün yeni deyil. Biz feyr-pley qaydalarını bilirdik. Problem var, amma bu, mənim komandanı necə məşq etməyimə və matçlara necə hazırlaşmağıma təsir edə bilməz. Mən başqa şeylərə deyil, buna diqqət edirəm.

Nəsə etmək üçün futbolçuları satmaq lazımdır. Bu sadədir. Mənim işim oyuna hazırlaşmaqdır. İndi "transfer pəncərəsi" bağlıdır, heç nə edə bilmirik.

Bütün diqqətimizi qalan oyunlara yönəltməliyik və sonra yayda nə baş verəcəyini görəcəyik".

Qeyd edək ki, fevralın 16-da Premyer Liqanın 25-ci turu çərçivəsində "Mançester Yunayted" "Tottenhem"lə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest