15 Fevral 2025, 11:30
FUTBOL
"Real" baş məşqçisi Karlo Ançelottiyə etibar etməkdə davam edir və hazırda onunla yolları ayırmağı planlaşdırmır, lakin komandanın nəticələri həlledici olacaq.
Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Bildirilir ki, "Kral klubu" cari mövsümün sonunda İspaniya çempionatı və ya Çempionlar Liqasının qalibi olarsa, italiyalı mütəxəssis 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləsinin sonuna kimi orada qalacaq. Bu yarışlarda uğur olmasa, böyük ehtimalla Ançelotti qovulacaq.
Qeyd edək ki, La Liqanın 23 turundan sonra "Real" 50 xalla birinci yerdədir. İkinci sırada 49 xalla "Atletiko", üçüncü sırada isə 48 xalla "Barselona" qərarlaşıb.