"Barselona"nın idman direktoru Deko hücumçular Lamin Yamal və Rafinya, eləcə də müdafiəçi Jül Kunde ilə müqaviləni uzatmaq planı hazırlayır.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu yayda 18 yaşı tamam olacaq Yamalla 2030-cu ilin yayına qədər müqavilə uzatmaq niyyətindədir. Gənc futbolçusunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
"Barselona" Rafinya ilə müqaviləni daha 2-3 il uzatmağı planlaşdırır. Onun hazırkı müqaviləsi 2026/2027 mövsümünün sonunda başa çatır.
İspaniya nəhəngi Kunde ilə müqaviləni uzatmağa tələsmir. Lakin müqaviləsi 2026-cı ilin yayında başa çatacaq yarımmüdafiəçi Frenki de Yonqla vəziyyət əksinədir. Komanda oyunçunu saxlamaq istəyir, lakin o, mövsümün qalan hissəsində faydalı olduğunu sübut etməlidir.