Türkiyə Superliqasının lideri "Qalatasaray"ın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin qışda heyətinə qatdığı Alvaro Morata zədələnib.

İspan forvard Avropa Liqası pley-off mərhələsinin "AZ Alkmar"la ilk görüşündə (1:4) ayaq əzələsindən zədə alıb. 32 yaşlı futbolçu fevralın 17-də baş tutacaq Superliqanın 24-cü turunun "Rizespor"la matçında iştirak etməyəcək.

Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı qış "transfer pəncərəsi" zamanı "Milan"dan icarəyə götürüb. İspaniya millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest