"Qarabağ"ın sabiq futbolçusu "Vasko da Qama" ilə qarşılaşmada iştirak edə bilməyəcək.

"Qarabağ"dan "Flamenqo"ya transfer olan Juninyo zədələnib.

Matc.az xəbər verir ki, 28 yaşlı hücumçu Quanabara Kubokunun 9-cu turunun "Botafoqo" ilə oyunda sıradan çıxıb. Braziliyalı forvard ayaq əzələsindən zədə alıb.

Təcrübəli futbolçu bu gecə "Vasko da Qama" ilə qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, Juninyo yanvar ayında "Flamenqo"ya keçib. O, Braziliya təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest