Pep Qvardiola rəqiblərinin daha güclü oyun nümayiş etdirdiyini etiraf edib. Əvvəllər belə deyildi.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "şəhərlilər"in oyununda bu mövsüm nəticələrinin pisləşməsinə səbəb olan dəyişikliyi izah edib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqiblərinin daha güclü oyun nümayiş etdirdiyini etiraf edib.

"Liverpul" və "Arsenal" həmişə bizdən güclü olub. Əvvəllər topa inamla sahib idik, indi isə topa sahib olanda əziyyət çəkirik. Qəbul edirəm ki, top rəqibdə olanda bizim üçün asan olmayacaq.

Əvvəllər belə deyildi, özümüzü rahat hiss edirdik. Mən dəyişə bilmərəm və 3 gün idman zalına girib oyunçuları daha güclü, daha sürətli, daha çevik olmağa məcbur edə bilmərəm. Bu baş verməyəcək!"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest