"Liverpul"un müdafiəçisi İbrahima Konate PSJ-nin maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, parislilər onu uzunmüddətli, Markinyosun əvəzedicisi kimi görürlər. Konate isə doğma Parisə qayıtmaq variantını ciddi nəzərdən keçirir.

Qeyd edək ki, Konatenin "Liverpul"la hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Bu mövsüm fransalı futbolçu Premyer Liqada 18 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest