"Milan" 25 yaşlı hücumçu Joao Feliksin növbəti mövsüm üçün icarə müddətini uzatmağı düşünür, lakin onu 40 milyon avroya və ya bir qədər aşağı qiymətə almaq imkanı ilə.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı futbolçunun transferini reallaşdırmaq üçün "rossonerilər" futbolçulardan birini satmalıdır. Satışa çıxarılacaq iki potensial oyunçu - 2026-cı ilin yayında başa çatacaq müqaviləsini yeniləməyən müdafiəçi Teo Hernandes və hücumçu Rafael Leaodur.

Qeyd edək ki, Feliksin "Milan"da qalmaq istədiyi vurğulanır. Hücumçunun London klubu ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 30 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest