Klubun qısamüddətli öhdəliklərinin 11 milyard 98 milyon lirə, uzunmüddətli öhdəliklərinin isə 7 milyard 502 milyon lirə olduğunu bildirən Vodina, ümumi öhdəliyin 18 milyard 600 milyon lirə olduğunu açıqlayıb.
"Fənərbaxça" klubunun 30 noyabr 2024-cü il tarixinə olan borcunun 18 milyard 600 milyon lirə olduğu açıqlanıb.
Matc.az xəbər verir ki, klubun Yüksək Şura iclasında çıxış edən "Fənərbaxça" Təftiş Şurasının üzvü Mehmet Vodina yoxlamanın 1 iyun 2024-cü ildən 30 noyabr 2024-cü il tarixinə qədər olan dövrü əhatə etdiyini bildirib.
Klubun qısamüddətli öhdəliklərinin 11 milyard 98 milyon lirə, uzunmüddətli öhdəliklərinin isə 7 milyard 502 milyon lirə olduğunu bildirən Vodina, ümumi öhdəliyin 18 milyard 600 milyon lirə olduğunu açıqlayıb.
"Fənərbaxça"nın dönəm gəlirinin 6 milyard 469 milyon lirə, dönəm xərcinin 6 milyard 349 milyon lirə olduğunu söyləyən Vodina, klubun dönəm mənfəətinin isə 562 milyon lirə olduğunu açıqlayıb.