Ederson Premyer Liqanın 25-ci turunda "Nyukasl"la oyunda hücumçu Ömər Marmuşa məhsuldar ötürmə edib. Bu assist braziliyalının Premyer Liqa karyerasında altıncısı olub.

"Mançester Siti"nin braziliyalı qolkiperi Ederson İngiltərə Premyer Liqasında qapıçı tərəfindən ən çox qol ötürməsi verərək rekord göstərici ilə tarixə düşüb.

Matc.az xəbər verir ki, Ederson Premyer Liqanın 25-ci turunda "Nyukasl"la oyunda hücumçu Ömər Marmuşa məhsuldar ötürmə edib.

Bu assist braziliyalının Premyer Liqa karyerasında altıncısı olub. O, beş qol ötürməsi olan İngiltərə millisinin keçmiş qapıçısı Pol Robinsonu qabaqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest