"Bayer"in baş məşqçisi Xabi Alonso "Bavariya" ilə matçlarda unikal nailiyyət əldə edib.

Matc.az xəbər verir ki, Almaniya Bundesliqasının 22-ci turunda "Bayer"lə Münhen klubu arasında keçirilən qarşılaşma heç-heçə başa çatıb – 0:0.

Bununla da, ispan məşqçi bütün yarışlarda "Bavariya"ya qarşı keçirdiyi 6 rəsmi oyunun heç birinə uduzmayıb.

Xabi Alonsonun Münhen klubuna qarşı 3 qələbəsi və 3 heç-heçəsi var. O, Bundesliqadan buna nail olan ilk mütəxəssisdir.

Qeyd edək ki, bu mövsüm Bundesliqa turnir cədvəlinə 22 oyundan sonra 55 xalı olan "Bavariya" başçılıq edir. "Bayer" isə eyni sayda oyundan sonra 47 xalla ikinci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest