Vinisius Juniorun "Real" ilə müqaviləsini 2030-cu ilə qədər uzatmağa bir addım qalıb.

Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Nikolo Şira məlumat verib.

Bir müddətdir ki, 24 yaşlı cinah oyunçusu ilə Madrid klubu təmsilçiləri arasında danışıqların gedir. Vinisiusun tərəfinin onun maaşını artırmaqda israrlıdır.

Vinisiusun hazırkı müqaviləsinə əsasən maaşı bonuslar da daxil olmaqla 15 milyon avrodur. Braziliyalı futbolçu illik 25 milyon avro maaş istəyir.

Qeyd edək ki, Vinisius Juniorun hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest