Ferqyuson italiyalı hücumçu Cüzeppe Rossinin vida oyununa dəvət alıb. Hücumçunun vida oyunu martın 22-də, Florensiyadakı "Artemio Françi" stadionunda keçiriləcək.
Tanınmış şotlandiyalı mütəxəssis Aleks Ferqyuson məşqçilik karyerasını bir oyunluq bərpa edəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "talkSPORT" nəşri paylaşıb.
Bildirilir ki, Ferqyuson italiyalı hücumçu Cüzeppe Rossinin vida oyununa dəvət alıb. Hücumçunun vida oyunu martın 22-də, Florensiyadakı "Artemio Françi" stadionunda keçiriləcək.
Rossi 2004-2006-cı illərdə Aleks Ferqyusonun rəhbərliyi altında "Mançester Yunayted"də çıxış edib. O, 2023-cü ildə karyerasını başa vurub. Rossinin son klubu SPAL olub.
Qeyd edək ki, Ser Aleks Ferqyuson futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub. 13 Premyer Liqa, 5 İngiltərə Kuboku və 2 UEFA Çempionlar Liqası qazanıb. Ferqyuson komanda qurmaq, oyunçuları motivasiya etmək və futboldakı dəyişikliklərə uyğunlaşmaq bacarığı ilə məşhur idi. Onun liderlik tərzi və idarəçilik bacarığı idmanda silinməz iz qoyub.