"Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Frenki de Yonq karyerasını Kataloniya klubunda davam etdirmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, niderlandlı futbolçu komandanın baş məşqçisi Hans-Diter Flikin ona göstərdiyi etimaddan məmnundur. Buna baxmayaraq, yarımmüdafiəçi və agenti 2026-cı ilin yayında başa çatacaq müqavilənin uzadılması barədə danışmaq üçün hələ tez olduğunu düşünür.

De Yonq mart və ya apreldə yeni müqavilə üzrə müzakirələrə başlamağı planlaşdırır. Kataloniya klubunun rəhbərliyi də futbolçunun müqaviləsini uzatmaq üçün tələsməyə ehtiyac olmadığını düşünür. "Barselona" düşərgəsi de Yonqun hələ də yüksək səviyyədə çıxış edə biləcəyinə əmin olmaq istəyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest