La Liqanın 24-cü turunun Pamplonada keçirilən oyunu 1:1 hesabı ilə başa çatıb. Bellinqem 39-cu dəqiqədə hakimlə mübahisə etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem İspaniya çempionatında "Osasuna" ilə oyunda hakimi təhqir etdiyinə görə 12 oyunluq cəza ala bilər.
Matc.az xəbər verir ki, bu barədə əlumatı "Marca" paylaşıb.
La Liqanın 24-cü turunun Pamplonada keçirilən oyunu 1:1 hesabı ilə başa çatıb. Bellinqem 39-cu dəqiqədə hakimlə mübahisə etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Matçın pratakoluna görə, Bellinqhem ingilis dilində hakimi kobud şəkildə təhqir edib. Turnirin reqlamentinə əsasən, hakimə qarşı təhqiramiz ifadələr işlətmək 4 oyundan 12 oyunadək müddətə diskvalifikasiya ilə cəzalandırılır.
"Real"ın məşqçilər korpusu və Bellinqhemin özü təkid edirlər ki, anlaşılmazlıq olub.
Madrid klubu Bellinqhemin ağır cəza alacağı təqdirdə apellyasiya şikayəti verəcək.