Moskva "Spartak"ı "Beşiktaş"ın prezidenti Serdal Adalıdan 26 yaşlı yarımmüdafiəçi Gedson Fernandesi almaq təklifinə rədd cavabı alıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sözcü" paylaşıb.
Bildirilir ki, Rusiya klubu portuqaliyalı futbolçu üçün 25 milyon avro ödəməyə hazır idi.
Daha əvvəl mətbuatda Fernandesin özünün "Spartak"a keçməyə razılıq verdiyi barədə məlumatlar yayılmışdı. "Qırmızı-ağlar"ın portuqaliyalıya 4 milyon avro məvacib təklif etdiyi bildirilirdi.
Qeyd edək ki, Fernandes bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib. 26 yaşlı yarımmüdafiəçi klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 17 milyon avrodur.